16 İyul 2026 / 06:21

ABŞ Əhvazdakı xəstəxananın yaxınlığına raket zərbələri endirib

ABŞ-ın şəhərə hücumlarından sonra İranın Xuzistan əyalətindəki Əhvazda bir xəstəxananın hədəfə alındığı və təxliyə edildiyi açıqlanıb.

Tezadlar.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, ABŞ Əhvazdakı Şəhid Bəkayi Xəstəxanasının yaxınlığındakı ərazini hədəfə alıb.

Xərçəng xəstəsi olan uşaqları müalicə etdiyi bildirilən xəstəxana hücumlardan sonra müvəqqəti olaraq təxliyə edilib.

ABŞ Hərbi Qüvvələri: İrana yeni hücum dalğası başlayırıq

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu gün İrana ikinci hücum dalğası başlatdıqlarını açıqlayıb.

CENTCOM-un açıqlamasında deyilir: “Hücumlar Hörmüz boğazından sərbəst keçən gəmilərə təhlükə yaradan İran hərbi imkanlarını hədəf alır. Bu boğaz qlobal ticarət üçün həyati əhəmiyyətli beynəlxalq su yoludur. ABŞ ordusu, Baş Komandanın rəhbərliyi altında İranı məsuliyyətə cəlb edir.”

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!