16 İyul 2026 / 06:53

LİTVA MN-DƏN TƏKZİB: Sərhəd yaxınlığında Rusiya qoşunları yoxdur, hücumlar hazırlanmır

Litvanın müdafiə naziri Robertas Kaunas prezident Gitanas Nausedanın Rusiyanın respublikanın vacib infrastrukturuna zərbələr endirməyə hazırlaşdığı iddiasını təkzib edib.

Tezadlar.az xəbər verir ki, rəsmi şəxs Litva jurnalistlərinə müsahibəsində mövqeyini bildirib.

Nazirin sözlərinə görə, kəşfiyyat məlumatları Litva sərhədi yaxınlığında Rusiya hərbi birləşmələrinin yenidən yerləşdirilməsini göstərmir. Kaunas belə bir təhlükənin hazırda müzakirə olunmadığını vurğulayıb. O, həmçinin Vilnüsün mümkün təxribat riskini əsas gətirərək sərhəd obyektlərinin müdafiəsini gücləndirməyə davam etdiyini açıqlayıb, lakin bu cür hərəkətlərin təsdiqini və ya konkret nümunələrini təqdim etməyib.

Daha əvvəl Gitanas Nausedanın BNS xəbər agentliyinə verdiyi müsahibədə Moskvanın Litva infrastrukturunu hədəf aldığı bildirilib. Məlumat Delfi portalı tərəfindən yenidən dərc edilib. Kremlin sözçüsü Dmitri Peskov artıq bu iddiaları daha bir “dəhşət hekayəsi” adlandırıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!