Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı şəhəri Binəqədi rayonunda yerləşən Rüstəm Əliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi uzun illər məktəbdə pedoqoji fəaliyyəti ilə dərin hörmət qazanmış Sima Hüseynovanın vəfatını ürək ağrısı ilə qarşılamışdır. «…Sima Hüseynova müəllimlik ömrünü layiqincə yerinə yetirən, şagirdlərə xüsusi həssaslıqla yanaşan, həyatını onların tərbiyəsinə həsr edən əziz müəlliməmiz idi. Onu dərin ehtiramla yad edərək Allahdan rəhmət diləyirik… Sima müəllimənin zəhməti, xeyirxahlığı və nəcib insanlığı onu tanıyan hər kəsin qəlbində daim yaşayacaq. Əziz həmkarımız Sima müəllimə, ruhunuz şad, məkanınız cənnət olsun!», -deyə kollektivdən redaksiyamıza göndərilən məlumatda bildirilir.
Qeyd edək ki, məktubda, həmçinin Rüstəm Əliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin bütün kollektivi adından Sima müəllimənin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı ifadə olunur. Eləcə də mərhum Sima xanımın qardaşı Qabil Rəhimov, qardaşı oğlanları Elşad, Elgin və Samir bəy doğmalarının vəfatından kədərləndiklərini qeyd edərək mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlıqlarını bildirirlər.
Allah rəhmət etsin!
RÖVŞANƏ
(Şəkildə: mərhum Sima Hüseynova)