Əsas məzmuna keç

BANM-də birinci kurs tələbələrinə orientasiya təlimləri keçirilir

Bakı Ali Neft Məktəbində yeni qəbul olan tələbələrimiz üçün orientasiya təlimlərinin keçirilməsinə başlanılıb.
Bu barədə BANM-nın rekroru Elmar Qasımov sosial media hesabında bildirib.
“İlk təlimi Kimya mühəndisliyi, Neft-qaz mühəndisliyi, Maliyyə və Biznesin idarə edilməsi ixtisaslarının tələbələri üçün keçirdik.
Tələbələrimizi təbrik edərək BANM-də uğurlu, yaddaqalan və nailiyyətlərlə dolu tələbəlik illəri arzuladım.
Təlimlər zamanı müvafiq struktur bölmələrimiz tərəfindən tələbələrə fəaliyyət istiqamətləri, tədris prosesi və tələbə həyatı ilə bağlı ətraflı məlumat verildi.
Görüşlərdə BANM məzunları da öz təcrübələrini bölüşdülər.
Hazırda Fransanın “Axens” şirkətində aromatiklər texnologiyaları üzrə mütəxəssis vəzifəsində çalışan Amail Məmmədova, Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalat üzrə menecer vəzifəsində çalışan Heydər Nəcəfov, bp-də qazma mühəndisi vəzifəsində çalışan Aydın Şirinov BANM-də qazandıqları bilik və bacarıqların peşəkar fəaliyyətlərindəki rolundan danışdılar”, -deyə o qeyd edib.
JASMİN
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…