Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 İyul 2026 / 18:46

Sofiyada Azərbaycan millisinə gümüş medal

Azərbaycanın yeniyetmə üzgüçüsü Mehri Ağayeva (8 yaş) Bolqarıstanda keçirilən “Sofia Diving Cup” beynəlxalq turnirində gümüş medal qazanıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.

O, bir metr hündürlükdəki tramplindən sula tullanmada buna nail olub. İdmançı 115.20 xalla 15 idmançı arasında 2-ci yeri tutub.

Eyni kateqoriya üzrə ötənilki yarışda onun nəticəsi 72.95 xal (11-ci yer) olmuşdu.

Qeyd edək ki, Azərbaycan millisi Sofiyadakı yarışda 7 idmançı ilə təmsil olunur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!