Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 İyul 2026 / 15:20

Qubada hamilə qadın və bətnindəki körpəsi öldü – Prokurorluq araşdırma aparır

Hamilə vəziyyətində olan 2003-cü il təvəllüdlü Səbinə Əmrahovanın iyulun 14-də ev şəraitində ona antibiotik preparatının inyeksiya edilməsindən sonra səhhəti pisləşdiyi üçün tibb müəssisəsinə yerləşdirilməsi, iyulun 15-də isə müalicə aldığı xəstəxanada özünün və bətnindəki dölün ölməsi faktı ilə bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Tezadlar.az xəbər verir ki, bu barədə sorğuya cavab olaraq Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Hazırda hadisənin başvermə şəraiti, ölümün səbəbi, göstərilmiş tibbi yardımın həcmi və digər əhəmiyyət kəsb edən hallar qanunvericiliyin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv şəkildə araşdırılır.

Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək və qanunauyğun qərarın qəbul edilməsi təmin olunacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!