Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyul 2026 / 08:03

“Qarabağ” Avropa Liqasında inamlı qələbə çalaraq növbəti mərhələyə yüksəldi

“Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununu keçirib. Tezadlar.az xəbər verir ki, Ağdam təmsilçisi İslandiyada “Vestri”nin qonağı olub. Bakıdakı ilk matçda rəqibini 3 cavabsız qolla məğlub edən Azərbaycan klubu səfərdə də eynihesablı nəticəyə imza atıb – 3:0.  Reykyavik şəhərindəki “Trottarvöllur” stadionunda oynanılan görüşdə qolları 5-ci dəqiqədə Jali Muaddib, 29-cu dəqiqədə Pedro Bikalyo və 56-cı dəqiqədə Zakaria Savo vurublar.

Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində Bolqarıstanın MOİK (Sofiya) klubu ilə qarşılaşacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!