Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyul 2026 / 20:36

Larri gələcək Baş nazirə “vəzifəsini” xatırlatdı

Böyük Britaniyanın Baş nazirinin Dauninq-stritdəki iqamətgahında artıq 15 ildən çoxdur yaşayan pişik Larri zarafatla bildirib ki, ölkənin gələcək Baş naziri Endi Bernemin əsas vəzifəsi onun qayğısına qalmaq olacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə pişik Larrinin “X” sosial şəbəkəsindəki hesabında edilən paylaşımda qeyd olunub.

Dərc edilən şəkillərdə pişik Larrinin qum qabının Nazirlər Kabinetində yerləşdiyi və onu gündə ən azı iki dəfə yedizdirmək lazım olduğu bildirilir.

“Həyatınızın ən vacib vəzifəsinə xoş gəlmisiniz”, – paylaşımda qeyd edilib.

Sığınacaqdan götürülmüş pişik Larri 2011-ci ildən Britaniya Baş nazirinin iqamətgahında xidmət edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!