Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
17 İyul 2026 / 21:30

“Mançester Siti” Ayyubi Buaddi üçün danışıqları davam etdirir

İngiltərənin “Mançester Siti” klubu Mərakeş millisinin futbolçusu Ayyubi Buaddinin transferi üçün danışıqlarda irəliləyiş əldə edib.

Tezadlar.az xəbər verir ki, Fransa təmsilçisi “Lill” 18 yaşlı yarımmüdafiəçi üçün 100 milyon avro tələb edir.

Tərəflər futbolçunun icarə əsasında göndərilməsi və ilkin razılaşma əldə edilməsi halında transfer məbləğinin azaldılması variantını nəzərdən keçirə bilər.

Gənc oyunçu klubdakı perspektivini “Lill”in prezidenti Olivye Letanqla müzakirə etmək niyyətindədir. Funksioner isə yarımmüdafiəçini heyətdə saxlamaq istəyir.

Xatırladaq ki, ötən mövsüm bütün turnirlərdə 42 oyuna çıxan Ayyubi Buaddinin müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!