Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Oskar” mükafatlı məşhur irlandiyalı aktrisa Brenda Friker 81 yaşında vəfat edib.
Tezadlar.az xəbər verir ki, aktrisanın ölüm səbəbi hələlik açıqlanmayıb.
Məlumat üçün bildirək ki, Brenda Frikerə ən böyük məşhurluğu 1989-cu ildə çəkilən “Mənim sol ayağım” (My Left Foot) dramındakı rolu gətirib. O, Daniel Dey-Lüisin canlandırdığı baş qəhrəmanın anası obrazına görə 1990-cı ildə “Ən yaxşı köməkçi qadın rolu” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.
Qeyd edək ki, aktrisa digər yaddaqalan rolları ilə də kino tarixinə düşüb. O, 1986-2010-cu illərdə BBC-nin məşhur “Fəlakət” (Casualty) serialında tibb bacısı Meqan Rouç obrazını canlandırıb. Komediya sevənlər isə onu daha çox “Evdə tək 2” (Home Alone 2: Lost in New York, 1992) filmindəki məşhur “göyərçinli xanım” rolu ilə tanıyırlar. Həmin filmdə o Makoley Kalkin ilə tərəf müqabili olub.