Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya ordusunun Kiyev şəhərini ballistik raketlərlə vurması nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər də raket zərbələrinə məruz qalıb.
Tezadlar.az xəbər verir ki, səfiriyin inzibati binasından 200-250 metr məsafədə dağıntı və yanğın baş verib.
Zərbələrin əsas hədəfi “Lukyanovka” metrostansiyasının ətrafı olub. Stansiyanın giriş hissəsi dağılıb.
Kiyev şəhər meri Vitali Kliçkon bildirib ki, hücum nəticəsində Kiyevin Desnyanisk və Şevçenko rayonlarında dağıntılar qeydə alınıb. Ətrafdakı yaşayış binalarına da ziyan dəyib, avtomobillər yanıb.
Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu zamanı 1 nəfər həlak olub, 7 nəfər yaralanıb.
Motorinq qrupunun yaydığı məlumata görə, Kiyevə 10-dan artıq raket atılıb.
Hazırda da hava zərbələri davam edir.