Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ ordusu İrana hücumların doqquzuncu gecə davam etdiyini açıqladı. ABŞ Mərkəzi Komandanlığı İrana qarşı yeni hücum dalğasının başladığını elan edib.
Tezadlar.az xəbər verir ki, hücumların doqquz gecə davam etdiyi vurğulanan açıqlamada deyilir: “Hücumlar İranın Hörmüz boğazından keçən ticarət gəmilərini və mülki dənizçiləri hədəf almaq üçün istifadə etdiyi hərbi imkanlarını zəiflətməyə davam edəcək”.
İran mediası: Bəzi bölgələrdə partlayışlar baş verib
İranda yerləşən Tasnim xəbər agentliyi əsasən cənub-qərbdəki Xuzistan əyalətindəki Mahşəhr və Bəndər İmam Xomeyni liman şəhərlərində bir neçə ərazidə partlayışların baş verdiyini bildirib. Hücumların hədəfi ilə bağlı ətraflı məlumat verilməyib.
ELBAR