Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2026-cı il FİFA Dünya Kuboku finalında İspaniyanın Argentina üzərində 1-0 hesablı qələbəsi hücumların kölgəsində qalan Qəzzada sevinclə qarşılanıb. Elektrik və internet kəsintiləri səbəbindən qəzzalılar ictimai meydanlarda quraşdırılmış nəhəng ekranların ətrafına toplaşaraq İspaniyanın və ulduz oyunçu Lamine Yamalın qələbəsini alqışlarla qeyd edərək Fələstin məsələsinə dəstəklərini ifadə ediblər.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, Qəzza zolağındakı fələstinlilər 2026-cı il FİFA Dünya Kuboku finalında İspaniyanın Argentina üzərində 1-0 hesablı qələbəsini böyük sevinclə qeyd ediblər.
Elektrik və internet kəsintiləri səbəbindən matçı evdə izləyə bilməyən bir çox fələstinlilər finalı izləmək üçün kafelərdə, küçələrdə və meydanlarda quraşdırılmış ekranların ətrafına toplaşıblar.
İspaniya ilə Argentina arasındakı matçı həyəcanla izləyən qəzzalılar final fitindən sonra İspaniyanın çempionluğunu alqışlar və sevinclərlə qeyd ediblər.
Numan Abdullah bildirib ki, İspaniya uzun illərdir Fələstin xalqını dəstəkləyir və buna görə də finalda İspaniyanı dəstəkləmək üçün toplaşıblar.

Abdullah Fələstin xalqının sülh istəyən bir xalq olduğunu vurğulayaraq, çatdırmaq istədikləri mesajın “onları dəstəkləyən xalqlarla sülh, həmrəylik və birlik” olduğunu bildirib.
Hani Əbu Zərk həmçinin bildirib ki, İsrailin davam edən hücumlarına, dağıntılarına və sərt yaşayış şəraitinə baxmayaraq, Dünya Kuboku finalı Qəzza xalqı üçün qısa, lakin əhəmiyyətli bir mənəvi təkan verib.
Əbu Zərk Qəzza və Fələstini dəstəkləyən ölkələr və fərdlərlə birlikdə olduqlarını bildirib və ispan futbolçu Lamine Yamalın Fələstinə verdiyi dəstəyin Qəzza xalqı tərəfindən qiymətləndirildiyini və nəticədə bir çox insanın finalda Yamala və İspaniyaya dəstək verdiyini qeyd edib.
Digər bir tamaşaçı olan Mahmud Diyab elektrik və internet olmadan çadırlarda yaşamaq üçün mübarizə aparan qəzzalıların Dünya Kuboku matçlarını izləmək üçün kafelərdə və ictimai yerlərdə toplaşdıqlarını qeyd edib.

Beynəlxalq ictimaiyyəti Fələstin xalqı ilə həmrəyliyini davam etdirməyə çağıran Diyab Fələstin məsələsinin bütün azad insanlar üçün ortaq bir iş olduğunu bildirib və Fələstin xalqına daha çox dəstək verilməsini istəyib.
Digər tərəfdən, İsrailin Baş naziri Binyamin Netanyahu və bəzi İsrail nazirləri İspaniyaya qarşı final matçında Argentinanı dəstəkləmişdilər. İspaniya isə İsrailin Qəzzaya hücumlarına mənfi reaksiya vermişdi.
İsrailin Baş Nazirinin Ofisinin açıqlamasına görə, Argentinanın İsraildəki səfiri Şimon Aksel Vahniş Netanyahuya Argentina prezidenti Xavyer Milinin “Sən mənim dostumsan, bizi həmişə dəstəkləyirsən. Mənim üçün Argentinanı dəstəklədiyini eşitməkdən məmnun oldum” dediyi səsli mesajı səsləndirib.
Netanyahu Milinin mesajına “Xavyer, sən əsl dostsan. Biz səni dəstəkləyirik və sabah Argentinanın arxasındayıq. Uğurlar” deyə cavab verib.
ELBAR