20 İyul 2026 / 12:20

ABŞ gecə saatlarında İranın cənubundakı mühüm nəqliyyat infrastrukturunu məhv edib

ABŞ-nin gecə saatlarında endirdiyi zərbələr İranın cənubundakı mühüm nəqliyyat infrastrukturunu hədəfə alıb. Politoloq Elçin Alıoğlu bildirir ki, dəymiş ziyan belədir:
-Şəhid Mirzayi tuneli (Qloqah) – hər iki istiqamətdə bağlanıb.
-Dərədən sonrakı iki körpü – bombalanıb.
-Minabdan çıxış istiqamətindəki yol qovşağının körpüsü – vurulub.
-Bəndər-Abbas – Sircan marşrutu üzərindəki Şur çayı körpüsü – dağıdılıb.
-Hörmüzgan əyalətində azı 3 nəfər həlak olub, 8 nəfər yaralanıb.
-u, ABŞ zərbələrinin yeddinci gecəsidir. Zərbələr Bəndər-Abbas, Minab, Rudan və Sircan arasındakı avtomobil yollarını sistemli şəkildə sıradan çıxararaq Hörmüz boğazı sahillərini ölkənin daxili təchizat marşrutlarından təcrid edir…
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!