20 İyul 2026 / 12:59

İran prezidenti Pakistan rəhbərliyinə mühüm bir mesaj göndərdi

İranın daxili işlər naziri İskəndər Momeni 20 iyul – bazar ertəsi günü Pakistanın paytaxtına bir günlük rəsmi səfərə gələcək.

Tezadlar.az bildirir ki, bu barədə “The Nation” qəzeti məlumat verib.

Nəşr qeyd edib ki, “Momeni prezident (İran prezidenti Məsud) Pezeşkianın regiondakı inkişaf edən vəziyyət və İranla ABŞ arasında davam edən münaqişə ilə bağlı vacib bir mesajını çatdıracaq və Tehranın regional inkişaflar üzrə İslamabadla sıx məsləhətləşmələrini nümayiş etdirəcək”.

Nəşrin mənbələrinə görə, İranın daxili işlər naziri nümayəndə heyəti səviyyəsində danışıqlar aparacaq və ölkənin ali rəhbərliyi ilə görüşəcək.

Bir müddət əvvəl ABŞ İrana qarşı yeni bir hücum dalğası başlatmışdı. Amerika hücumlarının əsas məqsədinin Hörmüz boğazında hücumlar üçün istifadə edilən İslam Respublikasının hərbi imkanlarını zəiflətmək olduğu deyilir.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!