20 İyul 2026 / 13:08

ANAMA: Ötən həftə 1959,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyuluun 13-19-da icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan Tezadlar.az-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 200, tankəleyhinə 28 mina və 630 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 1959,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!