Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Polis İrəvanda yeniyetməni 26 bağlama narkotiklə saxlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Şenqavit polis şöbəsinin əməkdaşları Verin Şenqavitdə yaşayan 17 yaşlı vətəndaşın qanunsuz olaraq narkotik vasitələr əldə etdiyi, saxladığı, istifadə etdiyi və satdığı barədə məlumat alıblar.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Qaregin Njde küçəsində gizli saxlanc yerinə növbəti dəfə narkotik yerləşdirərkən saxlanılıb. Axtarış zamanı yeniyetmənin üzərindən ümumi çəkisi 46 qram olan 26 bağlama aşkar edilib.