Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İngiltərə millisinin sabiq futbolçusu, ikiqat “Qızıl top” mükafatçısı Kevin Kiqan vəfat edib.
Tezadlar.az xəbər verir ki, Kiqan 76 yaşında dünyasını dəyişib. O, iyunun 1-də “BBC Sport” telekanalına açıqlamasında dördüncü mərhələ xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı.
Keçmiş futbolçu və məşqçi ömrünün son anlarını həyat yoldaşı və qızlarının əhatəsində keçirib.
Kevin Kiqan futbolçu karyerası ərzində İngiltərənin “Liverpul”, “Nyukasl” və “Sauthempton”, Almaniyanın “Hamburq”, eləcə də Avstraliyanın “Blektaun Siti” klublarında çıxış edib. O, “Liverpul”un heyətində üç dəfə İngiltərə çempionu, iki dəfə İngiltərə Superkuboku və UEFA Kubokunun qalibi olub, həmçinin İngiltərə Kuboku və Avropa Çempionlar Kubokunu qazanıb. “Hamburq”un heyətində isə Almaniya çempionluğu və ölkə kubokunu əldə edib.
Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayan Kiqan “Nyukasl”, “Fulhem” və “Mançester Siti” klublarını, həmçinin İngiltərə milli komandasını çalışdırıb.