21 İyul 2026 / 07:59

İran Bəhreyndə ABŞ-nin “Patriot” HHM sistemini məhv edib?

Ötən gcə saatlarında Bəhreyndə ABŞ-nin hava hücumundan müdafiə (HHM) sistemi İran tərəfindən məhv edilib. Tezadlar.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı məlumatda bildirilib. Məlumatda deyilir ki, Əl-Mühərrəq bölgəsində HHM sistemi və bir radar, həmçinin Əl-Rifa bölgəsində “Patriot” sistemi eyni vaxtda həyata keçirilən raket və dron ilə hədəfə alınaraq məhv edilib. Hücumun ordunun “gələcək genişmiqyaslı əməliyyatlarının yolunu açmaq” məqsədilə həyata keçirildiyi qeyd olunub. Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin İran ərazisindəki hədəflərə yeni zərbələr seriyasına başladığı açıqlanıb.

ABŞ hərbi komandanlığı bu faktı hələki təsdiqləməyib.

Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!