Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanın Telavidə bölgəsində baş vermiş hadisə görün nəyə səbəb oldu : tezadlar.az Gürcüstan mediasına istinadla bildirir kui, Telavidə yerləşən hotellərdən birində baş vermiş insidentdə iştirak edən Rusiya vətəndaşlarına bir neçə gün ərzində Gürcüstanı tərk etməmələri barədə göstəriş verilib. Bu barədə insidentdə iştirak edən qadının vəkili məlumat verib. Vəkilin sözlərinə görə, istintaq orqanı Rusiya vətəndaşlarını ölkədən çıxmamaq barədə rəsmi şəkildə xəbərdar edib. O bildirib ki, hadisə ilə bağlı Rusiya və Türkiyə vətəndaşları dindirilib, onlardan ifadələr alınıb. O qeyd edib ki, istintaq sirri ilə bağlı öhdəlik götürdüyü üçün hadisənin təfərrüatlarını açıqlaya bilmir. Vəkil saxlanılan Giorgi Çiğladzenin boyun nahiyəsində xəsarətlərin olması səbəbindən müdafiə etdiyi şəxsə qarşı cinayət təqibinin başlanması ilə bağlı hazırda istintaq orqanı ilə hər hansı müzakirənin aparılmadığını bildirib. Onun sözlərinə görə, əvvəlcə xəsarətləri kimin yetirdiyi müəyyən edilməlidir və yayılan videogörüntülərdə müdafiə etdiyi qadının Çiğladzeyə xəsarət yetirməsi görünmür. Vəkil həmçinin Rusiya vətəndaşlarının təxribat törətməsi, iştirakçıları təhqir etməsi və toy mərasimində istifadə olunan avadanlığa zərər vurması ilə bağlı iddiaları qətiyyətlə təkzib edib. O bildirib ki, hadisə zamanı toyda 120 nəfər iştirak edib və əgər belə hallar baş versəydi, onların görüntülərinin olması gözlənilən idi. Vəkilin sözlərinə görə, sosial şəbəkələrdə yayılan videolarda insidentin necə başladığı əks olunmur. O iddia edib ki, müdafiə etdiyi şəxslər aşağıdan təhqir olunub və bu anları əks etdirən videogörüntülər mövcuddur. Maye tökülərək avadanlığın zədələnməsi ilə bağlı iddialara münasibət bildirən vəkil bunun texniki baxımdan mümkün olmadığını söyləyib. O, həmçinin avadanlığın həqiqətən sıradan çıxmasına dair ekspertiza rəyinin olmadığını qeyd edib. Vəkil əlavə edib ki, hadisə zamanı yağış yağırdı və avadanlığın zədələnməsi ilə bağlı yekun nəticə hələ müəyyən edilməyib. Sonda vəkil təsdiqləyib ki, insidentdə iştirak edən Rusiya vətəndaşlarına bir neçə gün ərzində Gürcüstanı tərk etməmələri barədə xəbərdarlıq edilib və onlar bu göstərişə əməl edirlər.
Buna deyirlər toyun vaya çevrilməsi…
SƏBUHİ