21 İyul 2026 / 09:16

ABŞ və İrana atəşkəs təklifi təqdim edildi

Vasitəçilər ABŞ və İrana on günlük atəşkəs təklifi təqdim ediblər.

Tezadlar.az bildirir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat verib.

Təklif “Qətər, Misir, Pakistan və digər regional vasitəçilər” tərəfindən təqdim edilib. Məqalədə qeyd olunur ki, Tramp administrasiyası təşəbbüsü araşdırır. Nəşrin mənbələri əlavə edib ki, Vaşinqton İsraili diplomatiya pəncərəsini bağlaya biləcək addımlardan çəkinməyə çağırıb, Ağ Ev isə Tehranla danışıqların uğursuz olacağını etiraf edir.

Bir müddət əvvəl ABŞ İrana qarşı yeni zərbələr dalğasına başlayıb. Hücum Bakı vaxtı ilə saat 24:00-da başlayıb. Bu arada İran ordusu Küveytdəki ABŞ bazasında HIMARS raket sistemlərinə zərbə endirib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!