Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran mediası iddia edir ki, iki neft tankeri Hörmüz boğazında təhlükəli ərazidən keçməyə çalışarkən partlayıb.
Tezadlar.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun hadisə ilə bağlı açıqlaması İranın “Tasnim” Xəbər Agentliyi tərəfindən dərc edilib.
Açıqlamaya görə, ABŞ-ın “təzyiqi altında” Hörmüz boğazının cənubunda təhlükəli və təhlükəsiz olmayan bir marşrutdan keçməyə çalışan iki neft tankerində baş verən partlayışdan sonra yanğın baş verib.
Açıqlamada əlavə edilib ki, ABŞ-ın bölgədəki hücumları davam etdikcə Hörmüz boğazı bağlı qalacaq və bir damla neft və ya qaz da təhlükəsiz şəkildə keçə bilməyəcək.
Dünən İran Ordusunun sözçüsü Məhəmməd Əkrəminiya bildirib ki, İrana qarşı hücumlarda ABŞ ilə əməkdaşlıq edən ölkələrin gəmiləri Hörmüz boğazından keçərkən problemlərlə üzləşəcək.
ELBAR