21 İyul 2026 / 13:24

Abbas Əraqçi: Türkiyə İranın bölünməsinin qarşısını aldı

İran xarici işlər naziri Abbas Əraqçi müsahibəsində “Müharibə zamanı İranı bölmək üçün planlar quruldu” dedi. Əraqçi Türkiyənin İranın bölünməsinin qarşısını almaqdakı həlledici rolunu vurğulayıb.

Tezadlar.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyənin ABŞ və İsrailin ölkəsini parçalamaq planlarına qarşı mübarizədə əhəmiyyətli rol oynadığını izah edib. O, İranı bölmək planının Ankaranın qətiyyətli mövqeyi və diplomatiyası sayəsində pozulduğunu vurğulayıb və “Türkiyə qəti mövqe nümayiş etdirdi” deyib.

“Onlar mənə vəziyyəti nəzarətdə saxlayacaqlarını və buna icazə verməyəcəklərini dedilər. Türkiyə bu prosesdə həlledici rol oynadı. Amerikalılarla danışdılar və son dərəcə ehtiyatla hərəkət etdilər. Bütün bu səylər boşa çıxdı”, – deyə İranın xarici işlər naziri həmçinin Trampın müharibənin dördüncü günündə İraq liderlərinə zəng etdiyini qeyd edib. Bundan sonra Əraqçi İraqa zəng etdiyini və “Əgər İraqdan bizə qarşı ən kiçik bir təhlükə gələrsə, biz cavab verəcəyik” dediyini bildirib.

“Müharibənin dördüncü günündə Tramp İraqdakı bir neçə liderlə fərdi olaraq zəng edib danışdı. O dedi: “Biz sadəcə ora silah göndərdik, amma hara getdiyini bilmirik”. Mən Məsud Bərzani, Tələbani, Türkiyənin xarici işlər naziri Hakan Fidan və İraqın baş naziri Məhəmməd Şia əs-Sudani ilə danışdım. Mən onlara dedim ki, “Əgər İraqdan bir təhdid gələrsə, bizə qarşı ən kiçik bir təhdid gələrsə, biz cavab verəcəyik”.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!