22 İyul 2026 / 07:11

İSRAİL QƏZZANI BÖLÜR: Sarı xətt genişlənir

İsrail nəzarət etdiyi əraziləri ayırmaq üçün Qəzza zolağında 23 kilometrdən çox uzunluğunda quru sədd tikir. “Associated Press”in peyk görüntülərinə əsaslanan hesabatına görə, İsrail ordusu “sarı xətt” adlandırdığı ərazidə fiziki sədd yaradır.

Qəzzada yeni bir tikinti fəaliyyəti ortaya çıxıb.

Tezadlar.az xəbər verir ki, “Associated Press”in peyk görüntülərinə əsaslanan hesabatına görə, İsrail ordusu Qəzza zolağında 23 kilometrdən çox uzunluğunda nəhəng bir quru sədd tikir.

Hesabatda bildirilir ki, sədd İsrailin nəzarəti altında olan Qəzzanın 50 faizindən çoxunu bölgənin qalan hissəsindən ayırmağı hədəfləyir. Quru səddinin son aylarda dağıdılmış Fələstin yaşayış məntəqələrinin əraziləri boyunca tikildiyi bildirilir.

İsrail ordusu da “sarı xətt” adlandırdığı ərazidə fiziki sədd tikildiyini təsdiqləyib. Hərbi rəsmilər bildiriblər ki, xətt boyunca kəşfiyyat və texnoloji elementlər tərəfindən dəstəklənən təhlükəsizlik zonası yaradılıb. Onlar iddia ediblər ki, məqsədləri potensial infiltrasiyaların qarşısını almaq və İsrail əsgərlərini və sərhəd yaşayış məntəqələrini qorumaqdır.

Peyk görüntülərinə görə, tikinti işləri sürətlə davam edir. Bildirilib ki, Qəzzanın cənubundakı torpaq bənd cəmi iki həftə ərzində 500 metrdən 2,4 kilometrə qədər genişlənib. Tikinti bu tempdə davam edərsə, cənubdakı Rəfah ərazisindən şimaldakı Qəzza şəhərinə qədər uzanan fasiləsiz bir xətt yarada bilər.

Hesabatda həmçinin İsrailin nəzarəti altında olan ərazilərdəki çoxsaylı yaşayış məntəqələrinin buldozerlər və partlayıcı maddələrlə dağıdıldığı iddia edilir. Peyk görüntüləri göstərir ki, bir vaxtlar yüz minlərlə insanın yaşadığı Rəfah da daxil olmaqla bir çox ərazi əsasən dağıdılıb.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!