Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski vəzifəsindən azad edilib. Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Mixail Drapatıy Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı təyin edilib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski axşam çıxışında açıqlayıb. “Mən qərara gəldim ki, Mixail Drapatıy Ukrayna Silahlı Qüvvələrinin yeni Baş Komandanı olacaq. Mixail Drapatıy, Yevqeni Xmara və Pavlo Palisa ilə birlikdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının konfiqurasiyasının necə yenilənməsini müəyyən etdik”, – Zelenski bildirib.
Zelenski Sırskiyə Kiyevin müdafiəsi, Xarkov hücumu və Kursk əməliyyatları, eləcə də Ukraynanın müdafiəsinə verdiyi töhfələrə görə təşəkkür edib.
Ukraynada hesab edirlər ki, bu kadr dəyişikliyi cəbhədə də ciddi dəyişkliyə gətirib çıxaracaq.
A.Məmmədli