Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətlərə İran raketləri və pilotsuz uçuş aparatlarının zərbələrinə getdikcə daha çox məruz qalan İordaniyanın hava məkanı vasitəsilə reyslər həyata keçirməməyi tövsiyə edib.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
“2026-cı ilin iyul ayının ortalarından etibarən təhlükəsizliklə bağlı vəziyyət sürətlə pisləşib, eyni zamanda, hərbi fəaliyyətin davamlı artımı və bunun İordaniyanın hava məkanına təsiri müşahidə olunur”, – EASA-nın bəyanatında bildirilir.
Bundan əvvəl EASA aviaşirkətlərə Bəhreyn, Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İran, İraq və Livanın hava məkanlarından istifadə etməməyi tövsiyə etmişdi.