Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyul 2026 / 20:25

Merts Paşinyanla sülh prosesini müzakirə edib

Almaniya Kansleri Fridrix Merts Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasındakı sülh prosesini, eləcə də Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Tezadlar.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib.

Onun sözlərinə görə, iki ölkə liderləri Yaxın Şərqdəki mövcud vəziyyət, Ukraynadakı münaqişə və onların Cənubi Qafqaz regionuna təsiri barədə fikir mübadiləsi aparıblar.

“Almaniya Kansleri Ermənistan və Azərbaycan arasındakı sülh prosesində gələcək addımlara çağırıb və onun regional sabitlik üçün vacibliyini vurğulayıb”, – Ş.Kornelius qeyd edib.

O əlavə edib ki, tərəflər həmçinin Almaniya və Ermənistan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi, eləcə də Ermənistanın Avropa İttifaqı ilə əlaqələrinin daha da inkişafı perspektivlərini müzakirə ediblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!