Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında “İranın ticarət gəmilərini təhdid etmək qabiliyyətini zəiflətmək” məqsədi daşıyan yeni bir hücum elan edib.
Tezadlar.az xəbər verir ki, CENTCOM bu açıqlamanı ABŞ-da yerləşən bir şirkətə məxsus sosial media hesabı vasitəsilə edib.
Açıqlamada deyilir: “Bu gün Şərq vaxtı ilə saat 17:30-da (00:30 GMT) ABŞ qüvvələri Baş Komandanın (Prezident Donald Tramp) göstərişi ilə İran hərbi hədəflərinə qarşı yeni zərbələr endirdi.”
Açıqlamada bu əməliyyatın “İranın regional sulardan keçən mülki dənizçiləri və ticarət gəmilərini təhdid etmək qabiliyyətini daha da zəiflətmək” üçün davam edəcəyi qeyd edilib.
Bu yeni əməliyyat ABŞ-ın son dövrlərdə İrana qarşı ardıcıl 12-ci hücumudur.
CENTCOM İrana qarşı 11-ci hücum dalğasını “uğurla başa vurduğunu” elan edərək, İranın hərbi əməliyyat mərkəzlərinin, dəniz imkanlarının, təyyarə anqarlarının, dron saxlama qurğularının və hərbi logistika infrastrukturunun hədəf alındığını bildirib.
ELBAR