23 İyul 2026 / 10:43

27 il 23 iyul tarixini matəm içində-Ağdamsız qarşıladıq…

27 il 23 iyul tarixini matəm içində qarşıladıq… Görüşəndə qəhərləndik. Amma unutmadıq, doğma Vətən torpağını. Qəlbimizdə yaşatdıq. Dünyanın harasında yaşamasından, necə yaşamasından asılı olmayaraq hər bir ağdamlı bu günü acı xatirələrlə qeyd edərək, doğma yurda qayıtmaq həsrətilə yaşadı.
Lakin Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli, uğurlu daxili və xarici siyasəti, ölkə gənclərinin vətənpərvərlik ruhunda tərbiyə olunmasına göstərdiyi diqqət, ordumuzun günü gündən inkişafı, müasir silahlarla təmin olunması hər bir ağdamlıda doğma yurda qayıtmaq ümidini gücləndirir, yaşamaq, yaratmaq həvəsini artırırdı.
Bəli 27 sentyabr 2020ci il tarixdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması üçün başlayan əks hücum əməliyyatı nəticəsində Qarabağ torpaqları işğaldan azad olunmağa başladı. Müzəffər Ali Baş Komandanın qətiyyəti, Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın öz lideri ətrafında birləşməsi nəticəsində Vətən torpaqları erməni quldur dəstələrindən azad olundu. Rəşadətli ordumuzun endirdiyi sarsıdıcı zərbələrdən darmadağın olan erməni ordusu qaçmağa məcbur oldu. 10 noyabr 2020 ci il tarixdə ermənistan siyasi-hərbi rəhbərliyi kapitulyasiya aktına qol çəkdi. Beləliklə növbəti işğal altında olan Ağdam rayonu 20 noyabr 2020 ci il tarixdə işğaldan azad olundu.
Artıq bütün Azərbaycan qələbə günlərinin sevincini yaşayır.
Bu xoş günləri bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə eşq olsun!
Yaşasın Rəşadətli Azərbaycan Ordusu!
Allah Şəhidlərimizə rəhmət eləsin!
Yaralı Əsgərlərimizə şəfa, can sağlığı versin!
Mansur QULİYEV
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!