23 İyul 2026 / 14:53

İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir Əl-Əqsa Məscidinə basqın təşkil etdi

İsrailin ifrat sağçı, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir polis və fanatik yəhudilərlə birlikdə işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa Məscidinə yenidən basqın təşkil edib.

Tezadlar.az xəbər verir ki, Ben-Qvir yəhudilərin Məbəd Dağının dağıdılmasının ildönümü hesab etdiyi matəm günü olan Tişa BeAv-da məscidə daxil olub.

İsrail polisi və yəhudilərin müşayiəti ilə Ben-Qvir bildirib: “Tişa BeAv-da biz dağıntıları anırıq. Bununla belə, Məbəd Dağında (yəhudilər tərəfindən Əl-Əqsa Məscidinə verilən ad) da böyük irəliləyişlər müşahidə edirik. Burada baş verənlərə baxın. Yəhudilər dua edirlər, özlərini bu yerə sahib olduqlarını hiss edirlər. Bu, əvvəllər burada heç vaxt baş verməyib”.

Səhər tezdən 1300-dən çox ekstremist yəhudi “Tişa BeAv” bəhanəsi ilə Əl-Əqsa Məscidinə basqın edib.

Yəhudilər Tişa BeAv-ı eramızdan əvvəl 586-cı ildə və eramızın 70-ci ilində Süleyman Məbədinin dağıdılmasını anma günü hesab edirlər. Ekstremist yəhudilər hər il bu gün Əl-Əqsa məscidinə basqın edirlər, Fələstin tərəfi isə bu basqınları Əl-Əqsa məscidinin tarixi və hüquqi statusunun pozulması və təxribat kimi təsvir edir.

İsrailin ifrat sağçı, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir əvvəllər də dəfələrlə bu basqınlara nəzarət edib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!