Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kreml sözçüsü Dmitri Peskov Rusiyanın Ukrayna böhranının həlli üçün danışıqlara açıq olduğunu bildirib və əlavə edib: “Kiyev hökuməti Avropa ölkələri tərəfindən müharibəni davam etdirməyə təhrik edilir. Bu şəraitdə biz də Ukraynada xüsusi hərbi əməliyyatımızı davam etdiririk”.
Tezadlar.az xəbər verir ki, Peskov bu sözləri Moskvada jurnalistlərə cari məsələlərlə bağlı deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında Filippinin paytaxtı Manilada keçirilən görüşü şərh edən Peskov bunun müsbət bir inkişaf olduğunu vurğulayıb.
“Lakin bu baxımdan yeni bir dinamika və ya təkan yoxdur (böhranın həlli üçün diplomatik təşəbbüslər). Biz mövcud kanallar vasitəsilə amerikalılarla dialoqumuzu davam etdiririk. Ümid edirik ki, amerikalı danışıqçılar Moskvaya gəlib dialoqumuzu davam etdirmək üçün vaxt tapacaqlar”, – deyə Peskov bildirib.
Peskov Ukrayna böhranının sülh yolu ilə həllinə hazır olduqlarını bildirərək deyib: “Biz danışıqlar prosesinə açığıq. Lakin Kiyev administrasiyası Avropa ölkələri tərəfindən müharibəni davam etdirməyə təhrik edilir. Bu şəraitdə biz də xüsusi hərbi əməliyyatı davam etdiririk”.
ABŞ və Səudiyyə Ərəbistanı arasında imzalanan nüvə əməkdaşlığı müqaviləsi ilə bağlı Peskov bildirib ki, “Həm İran, həm Səudiyyə Ərəbistanı, həm də digər ölkələr nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququna malik olmalıdırlar”.
Rusiyanın Yaxın Şərqdəki ABŞ bazalarına hücumlarda İrana texniki dəstək və məlumat verdiyi iddiaları ilə bağlı sözçü Peskov bildirib ki, “Bu şübhələri şərh etmək üçün heç bir səbəb yoxdur”.
ELBAR