Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Rusiyanın Moskva vilayətində təlim uçuşu zamanı Su-57 qırıcı təyyarəsi qəzaya uğrayıb. Tezadlar.az xatırladır ki, Rusiyanın “İzvestiya” nəşrinin məlumatına görə, qəza Moskva vilayətinin Luçino kəndi yaxınlığında baş verib. Bildirilir ki, pilot katapult edərək təyyarəni tərk etməyə müvəffəq olub. Hadisə yerindən yayılan görüntülərdə təyyarənin düşdüyü ərazidə güclü yanğın və qalın qara tüstü müşahidə olunur.
Qeyd: Su-57 Rusiyanın beşinci nəsil çoxməqsədli qırıcı təyyarəsi hesab olunur. Təyyarə ilk uçuşunu 2010-cu ildə həyata keçirib və Rusiya Hərbi-Kosmik Qüvvələrinin ən müasir döyüş təyyarələrindən biri sayılır.