Əsas məzmuna keç

Su-57 qırıcısı qəzaya uğradı: Moskva vilayətində…

Bu gün Rusiyanın Moskva vilayətində təlim uçuşu zamanı Su-57 qırıcı təyyarəsi qəzaya uğrayıb. Tezadlar.az xatırladır ki, Rusiyanın “İzvestiya” nəşrinin məlumatına görə, qəza Moskva vilayətinin Luçino kəndi yaxınlığında baş verib. Bildirilir ki, pilot katapult edərək təyyarəni tərk etməyə müvəffəq olub. Hadisə yerindən yayılan görüntülərdə təyyarənin düşdüyü ərazidə güclü yanğın və qalın qara tüstü müşahidə olunur.

Qeyd: Su-57 Rusiyanın beşinci nəsil çoxməqsədli qırıcı təyyarəsi hesab olunur. Təyyarə ilk uçuşunu 2010-cu ildə həyata keçirib və Rusiya Hərbi-Kosmik Qüvvələrinin ən müasir döyüş təyyarələrindən biri sayılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…