23 İyul 2026 / 20:16

Qalibaf: ABŞ İranı cəzalandırmağa çalışarkən özünü cəzalandırdı

İran Parlamenti və Danışıqlar Nümayəndəliyinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, “ABŞ İranı cəzalandırmağa çalışarkən neft qiymətlərini artırmaqla özünü cəzalandırdı”.

Tezadlar.az bildirir ki, Qalibaf bu açıqlamanı ABŞ-da yerləşən X sosial media platformasındakı hesabında İrana hücumların nəticələrini şərh edərkən verib.

ABŞ-ın hücumlarla “İranı cəzalandırmaq” istədiyini soruşan Qalibaf deyib: “Onlar İranı cəzalandırmaq istəyirdilər. Bunun əvəzinə, özlərini üçrəqəmli neft qiymətləri ilə cəzalandırdılar”.

O, vəziyyəti lağa qoyaraq, bunu “mükəmməl strategiya” adlandırıb.

Vaşinqton və Tehran arasında razılaşmadan sonra əhəmiyyətli dərəcədə düşən neft qiymətləri, ABŞ-ın İrana yenidən hücum etməsindən sonra yenidən yüksəlib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!