Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türk kinosunun “Sultan”ı Türkan Şoray mərhum həmkarı Kadir İnanırla bağlı verilən suala əsəbiləşib.
Tezadlar.az xəbər verir ki, aktrisa İstanbul Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi “Hatıralar Bahçesi’nde Buluşma” adlı rəsm sərgisində jurnalistlərin suallarını cavablandırıb.
Şoraya yaxın dostu və uzun illər eyni filmlərdə tərəf müqabili olduğu Kadir İnanırı xatırladan bir əsərin olub-olmadığı soruşulub. Bu sual qarşısında kövrələn aktrisa belə cavab verib:
“Dostumuzu heç vaxt unutmadıq və unutmayacağıq. Amma indi xoş anımızda niyə bunu xatırlatdınız?”.
Qeyd edək ki, Türkan Şoray və Kadir İnanır başda “Selvi Boylum Al Yazmalım” olmaqla, bir çox filmdə birlikdə rol alaraq Yeşilçam tarixinin ən sevilən ekran cütlüklərindən birinə çevriliblər.