Əsas məzmuna keç

AMEA Ramiz Mehdiyevi akademik statusundan məhrum etmək üçün nəyi gözləyirdi?..

Maraqlıdır, AMEA Mehdiyevi akademik statusundan məhrum etmək üçün nəyi gözləyirdi?
Əgər məhkəmənin hökmünü gözləyirdisə, gərək bir qədər də gözləyərdi.
Bunu  hüquq müdafiəçisi Sahib Məmmədov sosial media hesabında bildirib.
O, vurğulayıb ki, hökm qüvvəyə minməyib və formal olaraq Mehdiyev hələ ittiham olunduğu cinayətlərə görə təqsirli bilinən şəxs statusunda deyil:
“AMEA-nın nizamnaməsinin 5.7-ci bəndinə görə “Akademiyanın həqiqi və müxbir üzvləri ömürlük seçilirlər”.
Akademik adına xitam verilməsi ilə bağlı nizamnamədə heç nə nəzərdə tutulmur. Ola bilər hansısa daxili sənəd var. Amma xitam məsələsi bir qayda olaraq əsas sənəddə nəzərdə tutulmalıdır”.
JASMİN
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…