23 İyul 2026 / 23:58

Tramp İrana yeni zərbələri istisna etmədi

ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatların bərpa edilməsi imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib və “Epik qəzəb” əməliyyatındakından daha genişmiqyaslı zərbələrin endiriləcəyini istisna etməyib.

Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ lideri “Axios” nəşrinə müsahibəsində bildirib.

O vurğulayıb ki, hələlik yekun qərar qəbul etməyib.

“Mən genişmiqyaslı əməliyyat imkanını nəzərdən keçirirəm və qərar verməyə yaxınam. Biz hamımız buna hazırıq. Əgər mən İsraildən bunu xahiş etsəm, iki dəqiqəyə qoşulacaq “, – D.Tramp bildirib.

O həmçinin qeyd edib ki, iranlılar “danışıqlar aparmaq istəyirlər”, lakin hələlik razılaşmaya hazır deyillər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!