24 İyul 2026 / 07:03

Britaniya İranın mümkün hücumlarını dəf etməyə hazır olduğunu bəyan etdi

Britaniya Silahlı Qüvvələri ölkəni xaricdən gələn hər hansı bir təhdiddən qorumağa hazırdır.

Tezadlar.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin sözçüsü İranın İngiltərədəki ABŞ tərəfindən idarə olunan Fairford Hərbi Hava Qüvvələri bazasına hücum təhdidi fonunda bildirib.

“Silahlı qüvvələrimiz xaricdən gələn hər hansı bir hücumdan Birləşmiş Krallığın təhlükəsizliyini təmin etməyə hazırdır. Böyük Britaniya özünü gecə-gündüz müdafiə etməyə hazırdır”, – deyə o bildirib.

Əvvəllər İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İran ərazisinə hücumlarda iştirak edən hər hansı bir ölkənin və ya bazanın qanuni hədəf olacağını bildirmişdi. Buraya ABŞ ordusunun B-1 Lancer və B-52 Stratofortress strateji bombardmançı təyyarələri üçün istifadə etdiyi RAF Fairford da daxildir.

İyulun 23-də İran Silahlı Qüvvələri İordaniyadakı ABŞ bazasına hücum elan edib və bu hücum nəticəsində THAAD raketdən müdafiə radarları və “Patriot” hava hücumundan müdafiə sistemləri məhv edilib.

Daha əvvəl ABŞ Rusiyadan İrana hərbi yardım göstərməkdə şübhəli bilinirdi.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!