24 İyul 2026 / 07:15

Pentaqonun müdafiə nazirinin müavini İranla bağlı vəziyyəti ümidsiz hesab etmir

ABŞ-ın Yaxın Şərqdə İranla qarşıdurması çıxılmaz vəziyyətdə deyil.

Tezadlar.az xəbər verir ki, bunu Pentaqonun müdafiə nazirinin müavini Elbric Kolbi bildirib.

O, “The New York Times” qəzetindəki podkastda fikirlərini bildirib və mövcud vəziyyətin ümidsiz hesab edilə bilməyəcəyini qeyd edib.

Nəşrin məlumatına görə, Kolbi hadisələrin davam etdiyini və çıxılmaz vəziyyətdən danışmağın hələ tez olduğunu vurğulayıb. Onun bu şərhi Vaşinqtondakı siyasi müzakirələr fonunda səslənib.

Daha əvvəl ABŞ Senatı prezident Donald Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edən qətnaməni bloklayıb. Buna baxmayaraq, ABŞ ordusu respublikadakı hədəflərə yeni zərbələr endirib – hücumlar ardıcıl on üçüncü gecədir ki, davam edir.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!