Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyul 2026 / 17:23

İran: İordaniyada ABŞ döyüş təyyarələrini hədəf aldıq

İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın İordaniyadakı döyüş təyyarələrini və hərbi bazalarını hədəf aldığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu İordaniyadakı ABŞ hərbi bazasına hücumla bağlı açıqlama yayıb.

Açıqlamada deyilir ki, Nəsr 2 əməliyyatının 27-ci dalğası zamanı ABŞ döyüş təyyarələri və hərbi bazaları hədəf alınıb.

Açıqlamada həmçinin hücum nəticəsində bəzi ABŞ döyüş təyyarələrinə ciddi ziyan dəydiyi və bəzi ABŞ əsgərlərinin öldürüldüyü bildirilib.

İnqilab Keşikçiləri Korpusu ABŞ-ın hərbi itkilərini gizlətdiyini iddia edib və müvafiq təşkilatları ABŞ itkilərini araşdırmağa çağırıb.

Ayrıca olaraq, İnqilab Keşikçiləri Korpusu İraqın Ərbil şəhərinə edilən cavab hücumları barədə də məlumat verib.

Ərbildə ABŞ-ın Patriot hava hücumundan müdafiə sistemi və casus şarının məhv edildiyi bildirilir.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!