24 İyul 2026 / 21:32

Netanyahu iyulun 27-də ABŞ-yə gedəcək

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvəti ilə iyulun 27-də Vaşinqtona səfər edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin dəftərxanasından bildirilib.

Məlumata görə, B.Netanyahu iyulun 28-də Ağ Evdə Trampla görüşəcək.

Qeyd edək ki, daha əvvəl B.Netanyahunun ABŞ-yə səfərinin iyulun sonuna keçirildiyi bildirilmişdi. Buna səbəb B.Netanyahunun da iştirak etməli olduğu ABŞ senatoru Lindsi Qremin anım mərasiminin ayın sonuna təxirə salınması idi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!