Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yəməndəki İran tərəfindən dəstəklənən Husilər (Ənsarullah Hərəkatı) Yanbu və Cazan bölgələrində Səudiyyə Ərəbistanının milli neft şirkəti Aramco-ya məxsus obyektləri raket və dronlarla hədəf aldıqlarını açıqlayıblar.
Tezadlar.az xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Seri ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında verdiyi açıqlamada Səudiyyə Ərəbistanının Cazan və Yanbu şəhərlərindəki vacib Aramco obyektlərinə qarşı “iki mürəkkəb hərbi əməliyyat” həyata keçirdiklərini bildirib.
Əvvəlcə Seri Cazandakı Aramco obyektlərinə onlarla ballistik raket və dronla zərbə endirildiyini, daha sonra Yanbudakı obyektlərə ballistik və kruiz raketləri, eləcə də dronlarla hücum edildiyini bildirərək, “hədəflərin uğurla vurulduğunu” iddia edib.
Seri həmçinin Səudiyyə Ərəbistanına qarşı dəniz blokadasını davam etdirdiklərini və hücumların yaxın saatlarda və günlərdə arta biləcəyini bildirib.
Səudiyyə Ərəbistanı hələlik bu hücumlarla bağlı rəsmi açıqlama verməyib.
Nə baş verdi?
İranın dəstəklədiyi Husilər 20 iyulda Yəməndə Səudiyyə Ərəbistanının nəzarətində olan ərazilərə blokada tətbiq etdiklərini və bunu “dəniz gəmiçiliyinə qadağa” adlandırdıqlarını açıqlayıblar.
22 iyul axşamı Husilər Qırmızı dənizdə iki Səudiyyə neft tankerini ballistik raketlər və dronlarla hədəfə aldığını və nəticədə gəmidə yanğınlar baş verdiyini iddia ediblər.
Yəməndə hökumət qüvvələri ilə Husilər arasında ara-sıra toqquşmalar baş versə də, 2022-ci ilin aprelindən bəri nisbi sakitlik dövrü hökm sürür.
Husilər 2014-cü ilin sentyabr ayından bəri paytaxt Sənaya, eləcə də bir neçə digər şəhər və əyalətə nəzarət edirlər.
ELBAR