Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail ordusu atəşkəs və çərçivə müqaviləsinə baxmayaraq, cənubi Livanda çoxsaylı evləri buldozerlərlə söküb.
Tezadlar.az xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə, İsrail əsgərləri gecə ərzində Nəbatiyyə qubernatorluğunun İbil əs-Saki və Hiyam şəhərləri arasındakı Nəba İbil ərazisində bir çox evi buldozerlərlə söküb dağıdıblar.
İsrail ordusu son günlərdə cənubi Livanda işğal etdiyi ərazilərdə partlayıcı maddələr olan evləri partlatmağa davam edir.
Bu arada, İsrailin pilotsuz uçuş aparatı (PUA) paytaxt Beyrut üzərində alçaq hündürlükdə uçuşlar həyata keçirir.
İsrailin Livanda hücumları və atəşkəs prosesi
İsrail ordusu 2 martda Livana intensiv hava hücumları edərək ölkənin cənubundakı bir çox şəhəri işğal edib.
Livan hökuməti bu dövrdə ölkədəki məcburi köçkünlərin sayının bir milyonu keçdiyini açıqlayıb.
24 apreldə ABŞ Prezidenti Donald Tramp Livan və İsrail arasında 17 apreldə qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha üç həftə uzadıldığını elan edib.
ABŞ-ın vasitəçiliyi ilə 14-15 may tarixlərində keçirilən Livan və İsrail arasında danışıqların üçüncü raundundan sonra atəşkəsin 17 may tarixindən etibarən 45 gün müddətinə uzadılması qərara alınıb.
Vaşinqtonda İsrail və Livan arasında birbaşa danışıqların beşinci raundundan sonra 26 iyunda Livan və İsrail arasında çərçivə sazişi imzalanıb.
Livan Səhiyyə Nazirliyi son açıqlamasında 2 martdan bəri İsrailin ölkəyə hücumlarında 4330 nəfərin həyatını itirdiyini bildirib.
ELBAR