Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın paytaxtı Kiyevdə və Odessa vilayətindəki hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb.
Tezadlar.az bildirir ki, nazirliyin açıqlamasında Rusiya ordusunun Ukraynaya qarşı hərəkətləri barədə məlumat verilib.
Açıqlamada Rusiya Silahlı Qüvvələrinin gecə ərzində Kiyev və Odessa vilayətindəki hərbi obyektlərə hücumlar həyata keçirdiyi qeyd edilərək əlavə edilib: “Kiyevdə pilotsuz uçuş aparatları (PUA) istehsal edən “Smart Intelligent System” sənaye zavodu, PUA yığma və saxlama mərkəzi və Odessa vilayətində hərbi yüklərin daşınması və saxlanması üçün istifadə olunan infrastruktur obyektləri, eləcə də neft və yanacaq çənləri vuruldu.”
Açıqlamada əlavə edilib ki, hücumlar havadan və qurudan uzaq mənzilli, yüksək dəqiqlikli silahlarla həyata keçirilib.
ELBAR