27 İyul 2026 / 07:26

Qaradənizdə qarğıdalı yüklü tanker batırılıb

Ötən həftə Odessa yaxınlığında raket hücumuna məruz qalan xarici mülki yük gəmisi suda batıb. “RBK-Ukrayna” xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib. Onun sözlərinə görə, gəmi iyulun 19-da Ukrayna qarğıdalısı ilə yükləndikdən sonra limanı tərk edərkən raket zərbəsinə məruz qalıb. Hücum nəticəsində doqquz ekipaj üzvü və bir ukraynalı losman həlak olub, səkkiz dənizçi isə xilas edilib. Kiper bildirib ki, gəmi tam batarkən göyərtədə artıq heç kim olmayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!