Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Bəri başdan deyək ki, Azərbaycana bu ilin əvvəlindən Çindən gətirilən avtomobillərin sayını bilmək istədik, lakin Dövlət Statistika Komitəsinin rəsmi saytında belə bir rəqəmə rast gəlmədik. Amma ölkəmizə nəqliyyat vasitələrinin idxalına dair yalnız 2024-cü ilin statistikası var. Bəs ötən iki ilinki niyə sistemə oturdulmayıb, bu başqa mövzunun söhbətidir. Amma məlum olur ki, təkcə 2024-cü ildə Azərbaycana 82434 ədəd minik avtomobili gətirilib, bunun isə cəmi 26,2 mini hibrid, 3 min isə elektrik mühərriklidir.
Bəs son iki ildə ölkəmizə Çindən nə qədər avtomobil ixrac olunub? Belə bir statistikanı tapa bilməsək də, faktdır ki, hazırda ölkəmizdə, xüsusən Bakıda, hara baxırsan Çin avtomobilləridir. Yol kənarlarındakı boş ərazilərdə toz basmış on minlərlə olan bu avtomobillər niyə DSK-nın hesabatına daxil edilmir? Bilmirik…
***
Gəlirik mətləbə: Bakıda addımbaşı arxadan vurulmuş, əzilmiş Çin avtomobillərinə yəqinki rast gəlmisiz. Bunun səbəbini rəsmi dillerlərdən soruşsaq da, dəqiq cavab verən olmadı. Nəhayət, “Təzadlar” olaraq müşahidələrinə əsaslanaraq avtomobili arxadan əzilmiş sürücülərin özlərindən bunu öyrənməyə çalışdıq. 5 sürücülərin yekdil cavabı belə oldu: “Bəli, təəssüflər olsun Çin istehsallı olan və arxası əzik avtomobillərə yollarda çox rast gəlinir. Amma bunun səbəbi odur ki, bu avtomobillərin radar sistemi məsafəni düzgün göstərmir. Məsələn, mən maşını parklayanda arxaya verirdim, ekranda gördüm ki, məsafə hələ var, bir də onda gördüm ki, maşın arxadan maneəyə çırpıldı. Bunu neçə proqramistə demişik ki, avtomobilin sistemində düzəliş edilsin, amma hələki heç kim bunu bacarmır, bunu sırf zavod qüsuru hesab edirlər..”.
BELƏLİKLƏ, ÇİN AVTOMOBİLİ İDARƏ EDƏNLƏR, BİLİN Kİ, AVTOMOBİLİNİZİN RADAR SİSTEMİ PARKLAMA ZAMANI MƏSAFƏNİ DÜZ GÖSTƏRMİR…
A.Məmmədli
