Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 İyul 2026 / 17:16

Putin: Rusiya məqsədlərinə çatmaq üçün hər şeyi edəcək

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Ukrayna müharibəsindəki məqsədlərinə çatacağını və qələbə üçün hər şeyi edəcəyini söyləyib.

Tezadlar.az xəbər verir ki, Putin sentyabr seçkilərindən əvvəl Rusiya parlamentinin aşağı palatası olan Dumanın bağlanması münasibətilə Kreml Sarayında qanunvericilər qarşısında çıxış edib.

Son dörd ildə baş verən hər şeyə baxmayaraq, Rusiyanın iqtisadi cəhətdən Çin, ABŞ və Hindistandan sonra dünyada dördüncü, Avropada isə ən böyük ölkə olduğunu qeyd edən Putin, iqtisadi artım templərinə görə Avropa Birliyindən (AB) da irəlidə olduqlarını bildirib.

“Əlbəttə ki, daha çox şey görmək istərdik. Bununla belə, risklər, inflyasiyanın artması riski və onunla əlaqəli nəticələr də var. Lakin bugünkü siyasətin də mühüm üstünlükləri var”, – Putin deyib.

Bu üstünlüyün əsasən Rusiya iqtisadi və maliyyə sisteminin sabitliyində olduğunu qeyd edən Putin sənaye inkişafının, müdafiə sənayesinin və sabitliyi təmin edən sosial məsələlərin əhəmiyyətinə diqqət çəkib.

Putin bildirib ki, döyüş meydanında “daha cəsarətli davranmağın” öz riskləri var və bunun bədəli Rusiyanın döyüş meydanındakı itkiləridir.

Rusiya Prezidenti deyib: “Ona görə də biz burada da hərəkət edəcəyik. Ölkə üçün qoyulmuş məqsədləri diqqətlə, qətiyyətlə və ardıcıl şəkildə həyata keçiririk və onlara nail olacağıq”.

Hazırkı dövrün Rusiya üçün çətin, taleyüklü bir dövr olduğunu və bunu təkcə parlament üzvləri, hökumət rəsmiləri və regional liderlər tərəfindən deyil, həm də hər bir adi Rusiya vətəndaşı tərəfindən başa düşüldüyünü vurğulayan Putin deyib: “Biz böyük mübarizə dövründən keçirik”.

Putin Rusiyanın 2014-cü ildən əvvəl və sonra təzyiq altında olduğunu iddia edərək deyib: “Lakin 2022-ci ildən bəri Qərb Rusiya əleyhinə maşınını yüksək sürətə keçirərək dünya rekordlarını qırıb”.

Bu “sözdə sanksiyaların” təsirsiz olduğunu bildirən Putin bildirib ki, bu sanksiyaları tətbiq edənlər və təşəbbüskarlar Avropa və digər ölkələrin xalqlarına zərər verirlər.

Mübarizə və gərgin rəqabət arasında yeni bir dünya nizamının formalaşdığını qeyd edən Putin, Rusiya xalqının “taleyinin” təhlükədə olduğunu bildirib və əlavə edib ki, “bu, şişirtmə deyil, həqiqətdir”.

Putin Rusiya xalqının həmişə aqressiv xarici təzyiqlərə və tarixi çağırışlara birlik ilə cavab verdiyini vurğulayaraq deyib: “Bu, həmişə belə olub və bu gün də tam olaraq belədir”.

Xüsusi hərbi əməliyyatda iştirak edənlərə toxunan Putin onların Rusiya uğrunda qəhrəmancasına vuruşduğunu və bütün millətin və cəmiyyətin onları dəstəklədiyini söyləyib və əlavə edib: “Biz məqsədlərimizə çatacağıq və birlikdə qələbə üçün, Rusiya üçün hər şeyi edəcəyik”.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!