Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, ölkə genişmiqyaslı meşə yanğınları səbəbindən misli görünməmiş vəziyyətlə üzləşib və baş verənləri İkinci Dünya müharibəsindən bəri ən ağır sınaq adlandırıb.
Fransa mediasının məlumatına görə, Bordo şəhərində çıxış edən fransalı lider, cari meşə yanğınları dalğasının ölkənin müasir tarixində analoqunun olmadığını dilə gətirib.
“Biz tamamilə misli görünməmiş yanğınla üz-üzəyik. İndiyədək qeydə alınmış ən ağır vəziyyəti yaşayırıq – bu, İkinci Dünya müharibəsindən bəri ən ağır vəziyyətdir,” – deyə Makron bildirib.
Prezident Fransa vətəndaşlarını birlik və qarşılıqlı dəstəyə çağıraraq, yaxın həftələrin son dərəcə çətin keçəcəyini xəbərdar edib. Onun sözlərinə görə, hakimiyyət orqanları yanğınlarla mübarizə aparmaq və əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri resursları səfərbər etməyi davam etdirir.