Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 İyul 2026 / 22:20

Tramp: Razılaşma olmasa, hədəfləri vuracağıq

ABŞ Prezidenti Donald Tramp tərəflər razılığa gələ bilməyəcəyi təqdirdə Pikaks dağına, eləcə də İranın körpülərinə və digər mülki obyektlərinə zərbələr endiriləcəyi ilə hədələyib.

Tezadlar.az xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, hazırda bizim (ABŞ – red.) çox güclü mövqeyimiz var. Onlar bilirlər ki, müqavilə bağlamasalar, mən nə edəcəyəm. Körpülər yoxa çıxacaq. Sözün əsl mənasında 2 saatdan az bir müddətdə böyük körpülərin əksəriyyəti məhv ediləcək – elektrik stansiyaları isə, bir gün ərzində”, – o bildirib.

Onun sözlərinə görə, Tehranla danışıqlar “yaxşı” keçir: “Pikaksda nələrin baş verdiyini dəqiq bilirəm, bu, böyük problem deyil. Biz onların nüvə obyektlərini məhv etdik və əgər razılaşma əldə olunmasa, Pikaksı da məhv etməli olacağıq. Biz onu çox asanlıqla məhv edəcəyik”.

Bununla belə, D.Tramp qeyd edib ki, o, İranın elektrik stansiyalarına və körpülərinə zərbə endirməkdən yayınmağa üstünlük verərdi: “Mən buna can atmıram”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!