Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 İyul 2026 / 22:38

Azərbaycanlı güləşçi yarımfinalda məğlub oldu

Azərbaycan yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.

Tezadlar.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda iranlı Amirreza Saeid Tahmasbpourmarzouniyə məğlub olub – 4:5.

Təmsilçimiz sabah üçüncü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

Elmir Çərkəzov daha əvvəl təsnifat mərhələsində qazaxıstanlı Nurali Askarı (2:0), 1/8 finalda almaniyalı Kristiano Libtsaytı (1:1) 1/4 finalda isə belaruslu Roman Şarkovu (3:0) məğlub edib.

Hidayət Qurbanov

Azərbaycan yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya çempionatında yarımfinala yüksəlib.

Tezadlar.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda belaruslu Roman Şarkovu məğlub edib – 3:0.

İdmançı daha əvvəl təsnifat mərhələsində qazaxıstanlı Nurali Askarı (2:0), 1/8 finalda isə almaniyalı Kristiano Libtsaytı (1:1) üstələmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycan yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya çempionatında 1/4 finala yüksəlib.

Tezadlar.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda almaniyalı Kristiano Libtsaytı (1:1) sonuncu xal prinsipinə əsasən məğlub edib.

İdmançı daha əvvəl təsnifat mərhələsində qazaxıstanlı Nurali Askarı (2:0) üstələmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə start verib.

Tezadlar.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində qazaxıstanlı Nurali Askarı 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!